AHİK-in üzv təşkilatı aqrar biznes festivallarında iştirak edib

7

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin bölgələrdə keçirdiyi aqrar biznes festivalları davam edir.

Lənkəran və Lerik rayonlarında təşkil olunan festivalda Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin tabeli qurumları, icra başçıları, özəl şirkətlərin nümayəndələri, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin rəhbərliyi iştirak edib.

Tədbirdə çıxış edən Birliyin sədri Fuad Məmmədov ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində bütün sahələrdə olduğu kimi kənd təsərrüfatında da dinamik inkişafın təmin olunduğunu qeyd edib. Bu tempi qoruyub-saxlamaq və daha da inkişaf etdirmək üçün aqrar fəaliyyətin günün tələblərinə və mövcud trendlərə uyğun qurulmasının zəruri olduğunu bildirib.

Kənd təsərrüfatının müxtəlif sahələrini əhatə edən məhsulların sərgiləndiyi festivallara Lənkəran, Lerik, Masallı, Astara, Cəlilabad, Yardımlı rayonlarından olan fermerlər qatılıblar.
Tədbir çərçivəsində fermerlər üçün kredit yarmarkası təşkil olunub.