AHİK-in üzvü Naxçıvan Həmkarlar İttifaqları Şurası İcraiyyə Komitəsinin iclası keçirilib

12

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvü Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası İcraiyyə Komitəsinin iclası keçirilib.

Şuranın sədri Qəzənfər Abdullayev əvvəlcə gündəlikdə duran məsələlər barədə məlumat verib. Bildirib ki, vətəndaş qəbulunun təşkili, onları narahat edən problemlərin yerindəcə həll edilməsi, ərizə və şikayətlərə vaxtında baxılması, daxil olan müraciətlərin obyektiv şəkildə hərtərəfli araşdırılması məsələlərinə nəzarət gücləndirilməlidir.

İclasda gündəliyə çıxarılan digər məsələlərlə bağlı çıxışlar dinlənilib. Sonda İcraiyyə Komitəsinin üzvləri ilə bir sıra vacib məsələlərə bağlı müzakirələr aparılıb, rəy və təkliflər səsləndirilib.