Əmək fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təşkil edilən müsabiqəyə yekun vurulub

3

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyi (ASİHİB) və Aqrar Sığorta Fondunun birgə təşkilatçılığı ilə keçirilən müsabiqəyə yekun vurulub.

Əmək fəaliyyətində səmərəliliyin artırılması məqsədilə təşkil edilən müsabiqənin nəticələrinə görə, “Ən operativ əməkdaş”, “Ən yaxşı komanda əməkdaşı”, “Ən intizamlı əməkdaş”, “Ən məhsuldar əməkdaş” nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.

Aqrar Sığorta Fondunun əməkdaşları – Əkbər Məmmədov, Sevinc Hüseynova, Emin Hənifəyev və Ramin Xudiyev müsabiqənin qalibi elan ediliblər. Onlara ASİHİB-nin diplom və mükafatları verilib.