Bu gün – noyabrın 8-i Şuşa Şəhəri Günüdür

17

Dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı sərəncama əsasən, hər il noyabrın 8-də Şuşa Şəhəri Günü qeyd edilir.

Şəhər 2020-ci il noyabrın 8-də Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz tərəfindən düşmən tapdağından azad olunub.

Elə həmin gün Prezident İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində Şuşa şəhərinin işğaldan azad olunduğunu elan edib.

Hazırda Şuşada həyat qaynayır, sakinlərə yeni tikilmiş binalarda mənzil verilir.