AHİK-in üzv təşkilatı AMEA Azad Həmkarlar İttifaqı Rəyasət heyətinin iclası keçirilib

77

Noyabrın 7-də Azərbayсan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı AMEA Azad Həmkarlar İttifaqı Rəyasət heyətinin iclası keçirilib.

İclasda Zəfər Günü və COP29-a hazırlıqla bağlı müzakirələr aparılıb.

AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov 8 Noyabr – Zəfər Günü və 9 Noyabr – Bayraq Günü münasibətilə Rəyasət heyətinin üzvlərini və Akademiyanın bütün əməkdaşlarını təbrik edərək Qələbənin yaratdığı yeni reallıqları diqqətə çatdırıb.

Sənan Həsənov həmçinin İttifaqın gördüyü işlər barədə də danışıb, qarşıda duran vəzifələri qeyd edib.