AHİK-in tabe təşkilatı “Kurort” QSC ağacəkmə aksiyası keçirib

368

Qarşıdan gələn 8 Noyabr – Zəfər Günü münasibətilə və “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı “Kurort” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ağacəkmə aksiyası təşkil edib.

Aksiyanın keçirilməsində məqsəd gələn həftə ölkəmizdə keçiriləcək COP29 ərəfəsində ətraf mühitin qorunması, ekoloji tarazlığın bərpasına kömək və təbiətə töhfə verməkdir.

“Kurort” Qapalı Səhmdar Cəmiyyətinin rəhbər və işçilərinin iştirak etdiyi tədbir çərçivəsində “Abşeron”, “Günəşli”, “Qaranquş”, “Bilgəh” və “Şıx” sanatoriyalarının ərazisində ümumilikdə 350 şam ağacı əkilib.

Qeyd edək ki, “Naftalan” sanatoriyasının ərazisində də iqlimə və relyefə uyğun 200 ağac əkilib, yaşıllaşdırma işləri aparılıb.