AHİK-in üzvü ASİHİB əməyin mühafizəsi üzrə tədbirlər keçirir

199

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin (ASİHİB) mütəxəssisləri respublikanın müxtəlif regionlarındakı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan müəssisə və təşkilatlarda olub, işçilər və rəhbərlərlə görüşüblər.

Birliyin əməkdaşları “Agroservis” ASC-nin Cəlilabad, Sabirabad rayonlarında və Şirvan şəhərində fəaliyyət göstərən təşkilatlarında, Aqrar Xidmətlər Agentliyinə məxsus Xırdalan şəhərində yerləşən Bitkiçilik laboratoriyasında, Cəngi Pestisid Poliqonunda işçilərin sağlamlıq və əməyin mühafizəsinin təşkili vəziyyəti ilə tanış olub, təlimat kitabçaları təqdim ediblər.
Həmçinin ay ərzində yanğından mühafizəyə dair maarifləndirici təlimlər keçirilib.

Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, təxliyə məsələləri ilə əlaqədar Kənd Təsərrüfatı Nazirliyinin inzibatı binasında Birliyin əməkdaşları tərəfindən monitorinq aparılıb və uyğunsuzluqlar haqqında Nazirliyin müvafiq şöbəsinə məlumat verilib.

Eyni zamanda hazırda Kənd Təsərrüfatı Nazirliyinin inzibatı binasında çalışan əməkdaşlar üçün sağlamlıq və əməyin mühafizəsi üzrə maarifləndirici təlimlər davam etdirilir.