Bakıda beynəlxalq elmi-praktiki konfrans keçirilib

206

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Bakıda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) Əkinçilik Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə KTN, Elm və Təhsil Nazirliyinin institut rəhbərləri, Azərbaycan Milli Elmlər Akademiyasının alimləri və xarici ekspertlər iştirak ediblər.

Tədbirin sonunda ağacəkmə aksiyası keçirilib. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən aksiya ətraf mühitin mühafizəsinə və iqlim dəyişmələr ilə mübarizəyə töhfə vermək məqsədi daşıyıb.