AMEA-da “Bakı İqlim Fəaliyyəti Həftəsi” çərçivəsində tədbir təşkil olunub

57

AMEA Azad Həmkarlar İttifaqının və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Bakı İqlim Fəaliyyəti Həftəsi” (BCAW) çərçivəsində tədbir keçirilib.

AMEA Mərkəzi Elmi Kitabxanasında təşkil olunan tədbirdə çıxış edən AMEA Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi çərçivəsində gənc alimlərin, elmi ictimaiyyətin və elmi tədqiqat işlərinin rolu barədə danışıb. O, AMEA-da bu sahədə görülən işlərin, keçirilən elmi sessiyaların həmkarlar ittifaqı ilə müştərək fəaliyyətinin səmərəliliyinə dair maraqlı fikirlər səsləndirib.

Tədbirdə AMEA Gənc Alim və Mütəxəssislər Şurasının rəhbərliyi və təşkilatların nümayəndələri, elmi işçilər və bu sahədə fəaliyyət göstərən mütəxəssislər çıxış edərək, fikir və təkliflərini bildiriblər.