“Zəka” – gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinə yekun vurulub

19

Oktyabrın 5-də “Zəka” – gömrük əməkdaşlarının karyera yüksəliş müsabiqəsinin final mərhələsi keçirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə keçirilən müsabiqə Dövlət Gömrük Komitəsinin Aparatında, ərazi və ixtisaslaşdırılmış gömrük idarələrində yuxarı vəzifələr üzrə yüksək bilik və bacarıqlara malik olan ehtiyat kadr bazasının formalaşdırılması, habelə Komitə Aparatında vakant olan vəzifələrin Komitənin vahid sisteminə daxil olan gömrük orqanlarında və qurumlarında xidmət keçən əməkdaşlar tərəfindən tutulması məqsədilə təşkil olunub.

Müsabiqənin finalında test imtahanı mərhələsində uğur qazanan 121 gömrük əməkdaşı iştirak edib və onlar gömrük işinin təşkili sahəsinə aid nəzəri və praktiki biliklərə əsaslanan 6 tapşırıq yerinə yetiriblər.

Tədbirin sonunda müxtəlif dövlət qurumlarının təmsilçilərindən və özəl sektor nümayəndələrindən ibarət ekspert qrupuna təşəkkürnamələr təqdim olunub.