Naxçıvanın gömrük işçiləri “Ölülər” tamaşasına baxıblar

190

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar olaraq, Naxçıvan Dövlət Milli Dram teatrının səhnəsində “Ölülər” tamaşası nümayiş etdirilib.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyinin dəstəyi ilə Naxçıvan Baş Gömrük İdarəsi və tabeliyində olan struktur bölmələrinin əməkdaşları tamaşanı izləyiblər.

Quruluşçu rejissoru Mir Qabil Əkbərov, səhnə tərtibatçısı Əməkdar rəssam Səyyad Bayramov, musiqi tərtibatçısı Azər Cəfərlinin olduğu əsər gömrükçülər tərəfindən maraqla izlənilib və alqışlarla qarşılanıb.

Qeyd edək ki, pyes milli dramaturgiyamızda ilk tragikomediya janrlı əsərdir və ötən müddətdə həm Azərbaycanda, həm də xaricdə səhnələşdirilərək böyük müvəffəqiyyət qazanıb. “Ölülər” əsərinə müxtəlif illərdə və müxtəlif rejissorlar tərəfindən müraciət olunub. Naxçıvan teatrı da uzun illərdən sonra “Ölülər” əsərinə müraciət edərək həmin əsəri repertuarına salıb.