AHİK-in üzv təşkilatı ATİAHİ RK-nın sədri Araz Paşayev UAESEB İdarə heyətinin üzvü seçilib

3

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzvü Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev Beynəlxalq Avrasiya Təhsil İşçiləri Həmkarlar İttifaqları Birliyi (UAESEB) İdarə heyətinin üzvü seçilib.

Bu barədə UASEB-nin İdarə heyətinin növbədənkənar iclasında qərar qəbul edilib.

Qeyd edək ki, türk dövlətlərinin təhsil sahəsi üzrə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatlarının, eləcə də türk xalqlarının yaşadığı ölkələrdə fəaliyyət göstərən təşkilatlar və dərnəklər arasında əlaqələrin qurulmasına xidmət edən UASEB 2006-cı ildə Türk Egitim-Sen, Qazaxıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı, Qırğızıstan Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı və Azərbaycanın Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının birgə qərarı ilə təsis edilib.

Sonradan bu birliyə İraq, Makedoniya, Şimali Kipr Türk Cümhuriyyəti, Ruminiya və Kosovada fəaliyyət göstərən türkdilli təşkilatlar da qoşulub.