Aqrar sahədə müxtəlif nominasiyalar üzrə müsabiqə elan olunub

3

1 Noyabr – Kənd Təsərrüfatı İşçilərinin Peşə Bayramı Günü ilə əlaqədar “Ən yaxşı aqronom” (toxumçuluq üzrə), “Ən yaxşı aqronom” (bitki mühafizəsi üzrə), “Ən yaxşı baytar həkim”, “Ən yaxşı aqrokimyaçı”, “Ən yaxşı aqrobator”, “Ən yaxşı fumiqasiya mütəxəssisi” və “Ən yaxşı təlimçi” nominasiyaları üzrə müsabiqə elan olunub.

Kənd Təsərrüfatı Nazirliyi (KTN), Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkilatı Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyi (ASİHİB) və Aqrar Xidmətlər Agentliyi tərəfindən təşkil olunan müsabiqə əmək fəaliyyətində səmərəliliyin artırılması üçün stimulların yaradılması və işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədi daşıyır.

Müsabiqədə iştirak edəcək namizədlər yüksək peşə hazırlığına və yüksək əmək intizamına cavab verməli, əldə olunan nəticələr yüksək olmalıdır.

Qaliblər ASİHİB-nin diplom və mükafatları ilə təltif olunacaq.