Naxçıvanda şəhid atası və qazilərlə görüş olub

214

Sentyabrın 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev Azərbaycan Ordusunun apardığı antiterror əməliyyatı zamanı şəhid olmuş İbrahim Qasımovun atası Malikəjdər Qasımov və Vətən müharibəsi qaziləri – Sahil Hacıbəyli və Rüfət Məmmədzadə ilə görüşüb.

Şəhid atasının və qazilərin müraciətləri dinlənilib, sosial problemləri və qayğıları ilə maraqlanılıb.

Şura sədrinin tapşırığı ilə Malikəjdər Qasımova sanotoriyaya yollayış verilib, qazilərə isə maddi dəstək göstərilib.