Qubada “İqlim dəyişikliyinin aqrar sahəyə təsiri” mövzusunda beynəlxalq konfrans keçirilib

237

Kənd Təsərrüfatı Nazirliyinin Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutu və Tərəvəzçilik Elmi Təqdiqat İnstitutunun birgə təşkilatçılığı ilə “İqlim dəyişikliyinin aqrar sahəyə təsiri” mövzusunda beynəlxalq, elmi-praktiki konfrans keçirilib.

Konfransda Türkiyə, Xorvatiya, Rusiya, Ukraniya və Belarusdan müvafiq sahələrdə fəaliyyət göstərən görkəmli alimlər və mütəxəssislər iştirak ediblər.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov tədbirdə çıxış edərək iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın rolundan, COP29-un aqrar sahənin inkişafına mühüm töhfələrindən danışıb, bu əlamətdar konfransın məhz Bakıda keçirilməsinin növbəti dəfə beynəlxalq aləmin ölkəmizə olan etimadının sübutu olduğunu qeyd edib.

Konfransda digər çıxış edənlər aqrar və ekoloji fəaliyyətin qabaqcıl beynəlxalq təcübələrə uyğunlaşdırması, innovativ yanaşmaların və alətlərin istifadəsi və ətraf mühitin qorunmasının vacibliyini qeyd edib, həmçinin kənd təsərrüfatının davamlılığının və ölkənin ekoloji təmiz ərzaqla təminatının kənd yerlərində rifahın artması baxımından əhəmiyyətini vurğulayıblar.