Qəbul imtahanlarında yüksək nəticə göstərmiş metropolitençi övladları mükafatlandırılıb

32

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Metropoliten İşçiləri Həmkarlar İttifaqında (MİHİ) ali tədris müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış metropolitençi övladları və onların valideynləri ilə görüş keçirilib.

Görüşdə çıxış edənləri gəncləri təbrik edib, ali təhsil pilləsində onlara uğurlar arzulayıblar. Gənclər onlara göstərilən diqqətə və səslənən təbriklərə görə, təşəkkür edib, gələcək təhsillərində də səylə çalışacaqlarını, bilik və bacarıqlarını artıracaqlarını və yüksək ixtisaslı vətəndaş kimi yetişəcəklərini bildiriblər.

Sonda qəbul imtahanlarında Bakı metropoliteninin 7 əməkdaşının 600 baldan yuxarı nəticə göstərmiş övladının hər birinə MİHİ tərəfindən 500 manat mükafat verilib.