Balaca sakinlər üçün “Hər uşağa bir kitab” aksiyası keçirilib

254

Sentyabrın 1-də “Azərenerji” ASC-nin dəstəyi ilə Zeynalabdin Tağıyev heykəlinin qarşısında Bakının balaca sakinləri üçün “Hər uşağa bir kitab” aksiyası keçirilib.

Xeyriyyə aksiyasında “Azərenerji” ASC-nin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Əfruz Ağayeva, həmkarlar ittifaqının fəal üzvləri, həmçinin təqdim edilən kitabların müəllifi, Azərbaycanın Əməkdar artisti, naşir Bəhram Bağırzadə iştirak ediblər.

Hədiyyə olaraq paylanılan “Azərbaycan florası”, “Balaca piyadalar üçün qaydalar”, “Muğamın tarixi”, “Şuşa”, “Davranış qaydaları” və sair rəngbərəng şəkillərlə zəngin olan 500 ədəd kitab balaca sakinlərin, xüsusilə də şəhid, qazi və müharibə veteranı övladlarının böyük sevincinə səbəb olub.

Xeyriyyəçi Zeynalabdin Tağıyevin vəfat etməsinin 100 illiyinə təsadüf edən bu tədbir şəhər sakinləri tərəfindən məmnunluqla qarşılanıb.