I Məclis yeni vəzifələr müəyyənləşdirdi

176

Avqustun 23-də Azərbaycan Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (ASİHİ RK) onlayn qaydada I Məclisi keçirilib.

Məclis üzvləri əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsi şəhidlərinin və vəfat edən həmkarlar ittifaqı əməkdaşlarının xatirəsini ehtiramla yad ediblər.

Sonra Məclisin gündəliyi təsdiqlənib. Gündəlikdə nəzərdə tutulan aşağıdakı məsələlər müzakirə olunub:

1. Təşkilati məsələ olaraq müvafiq komissiyaların yaradılması:

– “Şəhid ailələri, müharibə əlilləri və iştirakçılarına dəstək”

– “Gender bərabərliyi və qadın problemləri üzrə”

– “Təşkilati işlər üzrə”

– “Səhiyyə işçilərinin əmək və sosial-iqtisadi hüquqlarının müdafiəsi üzrə”

– “Əməyin mühafizəsi üzrə”

– “Gənclər Şurası”

2. Təşkilatlar arasında Elektron Sənəd Dövriyyəsinə (ESD) keçirilməsi barədə.

Gündəlikdə qoyulan məsələlər barədə müvafiq qərar qəbul edilib.