Monitorinqlər davam edir

383

31 iyul 2024-cü il tarixində Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin (ASİHİB) əməkdaşları – baş texniki əmək müfəttişi Ramiz Hacıyev və Etimadlı həkim Zöhrab Mansırov Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda sağlamlıq və əməyin təhlükəsizliyi ilə bağlı görüş keçirmişdir.

İnstitutun İdarə Heyətinin sədri Elmar Allahverdiyev, sədr müavinləri və əməyin mühafizəsi üzrə nümayəndəsi Anar Xudiyev institutda sağlamlıq və əməyin  mühafizəsi ilə əlaqədar görülən işlər haqqında məlumat vermişdilər.

Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin əməkdaşları institutun Aqrobiotexnologiya, Bitki mühafizəsi, Funksional analizlər, Emal saxlama və kefiyyət labarotiyalarının işləri ilə tanış olmuşlar, labarotoriyalarda və istixanalarda əməyin mühafizəsi, sanitar-gigiyenik qaydalar, müasir labarotoriya avadanlıqlarından təhlükəsiz istifadə, kimyəvi maddələrin təhlükəsiz saxlanılması və istifadəsi haqqında ətraflı məlumat verilmişdi.

Görüş iştirakçiları institutun Genofon otağına, əkin sahələrinə və digər yardımçı sahələrə baş çəkmişdilər, müəyyən olundu ki, sağlamlıq və əməyin təhlükəsizliyi məsələləri institut rəhbərliyinin daim diqqət mərkəzindədir. Sahə Həmkarlar Komitəsi yerlərdə sağlamlıq və əməyin mühafizəsi məsələləri ilə bağlı silsilə tədbirləri davam etdirir. Bu görüşlərdə həmkarlar təşkilatının əsas məqsədi sadalanan məsələlərə diqqətin artırılması və cavabdeh şəxslərə tövsiyyələrin verilməsidir.