İyulun 1-2-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) dəstəyi ilə “Həmkarlar ittifaqı təşkilatının bilik və bacarıqlarının artırılması” adlı təlim keçirilib.
Konfederasiyanın və üzv təşkilatların əməkdaşlarının qatıldığı təlimin məqsədi həmkarlar ittifaqları üzvlərinin liderlik prinsipləri, tənzimlənməsi metodları və vəzifələri barədə bilik və təcrübələrini artırmaq, onların bu sahədə ixtisaslaşmasına dəstək verməkdir.
Təlim zamanı aşağıdakı mövzularda müzakirələr və fəaliyyətlər təşkil olunub:
• Komandanın qurulması və ona rəhbərlik edilməsi, kiçik və ya böyük bir qrupun təşkili və idarə olunması;
• Liderliyin tərifi və əhəmiyyəti, fərqli liderlik üslubları və effektiv liderlərin xüsusiyyətləri;
• Təşkilat daxilində kommunikasiya kanalları;
• İctimaiyyətlə əlaqələrin əsasları – ənənəvi və yeni media ilə əlaqə;
• Effektiv media mesajlarının hazırlanması.
Team building üzərində qurulan bu tədbir digərləririndən zəngin mövzusu, interaktivliyi və rəngarəngliyi ilə seçilib. Həmçinin təlimdə müxtəlif qrup məşğələləri və intelektual oyunlar da təşkil olunub.
Bu fəaliyyətlər iştirakçılara nəzəri bilikləri praktikada tətbiq etməyə imkan verib və onların liderlik bacarıqlarını inkişaf etdirməsinə şərait yaradıb.