“BOS ŞELF” MMC-də həmkarlar ittifaqının konfransı olub

216

“BOS ŞELF” MMC-nin Həmkarlar ittifaqı komitəsinin (HİK) hesabat-seçki konfransı keçirilib.
Konfransda ittifaq üzvləri, Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev və “BOS ŞELF” MMC-nin baş direktoru Nazim Hüseynov iştirak ediblər.

Öncə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Gündəliyə 5 məsələ çıxarılıb və müvafiq qərarlar qəbul olunub.

Konfransda görülmüş işlərlə bağlı komitənin və Təftiş komissiyasının hesabatı dinlənilib. Müzakirələrdən sonra konfrans iştirakçıları həm HİK sədrinin, həm də Təftiş komissiyasının hesabatını məqbul qiymətləndiriblər.

Respublika Komitəsinin sədri Cahangir Əliyev və Şirkətin baş direktoru Nazim Hüseynov çıxış edərək ötən dövr ərzində komitənin gördüyü işlərin əhəmiyyətini vurğulayıblar.
Konfransda həmçinin seçkilər keçirilib, komitə və təftiş komissiyasının üzvləri seçilib, Allahyar Əyubov isə yenidən sədr vəzifəsinə təsdiqlənib. Eləcə də konfransda Respublika Komitəsinin VI qurultayına 5 nəfər nümayəndə müəyyənləşib.