Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin üzvləri Şuşada olublar

221

26 İyun – Silahlı Qüvvələr Günü ərəfəsində Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə bir qrup ittifaq üzvünün Şuşa şəhərinə səfər təşkil olunub.
Səfər çərçivəsində əməkdaşlar Şuşada tarixi və mədəni abidələri ziyarət edib, Cıdır düzü, Molla Pənah Vaqif məqbərəsi, Yuxarı Gövhər Ağa məscidi və Şuşa qalasına baş çəkiblər.
İşğaldan azad edilmiş ərazilərimizin tarixi coğrafi, mədəni-irsi və Vətən müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən göstərilən şücaət haqqında iştirakçılara geniş məlumat verilib. Həmçinin şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib, ruhlarına dualar oxunub.