SİHİ RK tərəfindən “İnsan Hüquqları Aylığı” çərçivəsində tədbir keçirilib

267

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan olunmuş “İnsan Hüquqları Aylığı” çərçivəsində Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (SİHİ RK) tərəfindən maarifləndirici vebinar keçirilib.

Tədbirdə Bakı şəhərində fəaliyyət göstərən rayon şuraları və həmkarlar ittifaqı komitələrinin sədrləri iştirak ediblər.

Qüvvədə olan qanunvericilik aktları, insan hüquqlarının təşviqi, müdafiəsi və təmini işinə diqqəti artırmaq mövzusunda müzakirələr aparılıb və Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, bu istiqamətdə atılan addımlar, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsinin əhəmiyyəti, bununla bağlı həmkarlar ittifaqlarının üzərinə düşən vəzifələr və digər zəruri məsələlər haqqında geniş məlumat verilib.
Tədbirdə həmçinin mövzu üzrə iştirakçıların rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.