Hesabat-seçkilər davam edir

389

Azərbaycan Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqının Mingəçevir Regional Elektrik Şəbəkəsi, Mingəçevir Su Elektrik Stansiyası, Azərbaycan İstilik Elektrik Stansiyası, Gəncə Regional Elektrik Şəbəkəsi, Şəmkir Su Elektrik Stansiyası, Şəki Elektrik Stansiyası və Qəbələ Regional Elektrik Şəbəkəsi Məhdud Məsuliyyətli cəmiyyətlərindəki komitələrində hesabat-seçki konfransları və yığıncaqları keçirilib.

Tədbirlərdə həmkarlar ittifaqı komitələrinin və təftiş komissiyalarının ötən dövrə aid gördüyü işlər barədə hesabatları dinlənilib. Bildirilib ki, mürəkkəb enerji sistemini idarə edən kollektivin hər bir üzvünün maddi, mənəvi, sosial-iqtisadi, məişət, istirahət, sağlamlıq qayğıları həm rəhbərlik, həm də həmkarlar ittifaqlarının daim diqqətində olub.

Respublikanın səfalı bölgələrinə işçilər və onların ailə üzvləri üçün gəzintilər təşkil edilib, ehtiyacı olanlara müalicə üçün sanatoriyalara yollayışlar verilib. Tədbirlərdə problemlərdən və çətinliklərdən də söhbət açılıb və onların həlli yolları barədə təkliflər səslənib.

Tədbirlərdə görülən işlər barədə hesabatlar qənaətbəxş olaraq qiymətləndirilib. Həmçinin müəssisələrin həmkarlar ittifaqlarında seçkilər keçirilib, komitələrin və təftiş komissiyalarının yeni tərkibi formalaşıb, sədrlər seçilib.

Qeyd edək ki, sözügedən konfranslarda AHİK sədrinin müavini, Respublika Komitəsinin sədri Musa Mirzəyev, Təşkilat şöbəsinin müdiri Şöhrət Mustafayev və “Azərenerji” ASC-nin

Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Əfruz Ağayeva iştirak və çıxış ediblər.