Səhiyyə İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin (SİHİ RK) Şəki şəhər şurasında hesabat-seçki konfransı keçirilib.
Tədbirdə öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra konfransın gündəliyi oxunub və səsə qoyularaq təsdiqlənib.
Şuranın ötən dövr ərzində gördüyü işlər barədə hesabat dinlənilib və qənaətbəxş olaraq qiymətləndirilib.
Konfransda səsvermə keçirilərək Şura və Təftiş komissiyaların yeni tərkibləri formalaşıb. İradə Xəlilova isə Şuranın sədri vəzifəsinə seçilib.
Konfransda SİHİ RK sədrinin birinci müavini Elnarə Muradova da iştirak edib və yeni heyətə gələcək fəaliyyətində uğurlar arzulayıb.