MİHİ Tərtər rayon komitəsində seçki keçirilib

297

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi (MİHİ RK) Tərtər rayon komitəsində hesabat-seçki konfransı keçirilib.

Öncə müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Konfransda Respublika Komitəsinin Aparat rəhbəri Zaur Həmidov, AHİK-in Hüquq şöbəsinin müdir müavini Ruslan Bağırov, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayon üzrə nümayəndəsi Ceyhun İsmayılzadə, MİHİ Ağcabədi rayon komitəsinin sədri Ziyar Muxtarov, ilk həmkarlar ittifaqlarının sədrləri və üzvləri iştirak ediblər.

İş qaydası və gündəlik təsdiq edildikdən sonra Tərtər rayon komitəsinin sədri Sadiq Quliyevin və Təftiş komissiyasının sədri Elman Həsənovun hesabatları dinlənilib.
Komitənin 2017-2023-cü illər ərzindəki fəaliyyəti qənaətbəxş hesab edilib və təsdiqlənib.
Konfransda həmçinin seçkilər keçirilib, komitənin və Təftiş komissiyasının yeni tərkibi formalaşıb. Sadiq Quliyev isə yekdilliklə komitənin sədri seçilib.