NİBHİK Şurasının növbəti iclası Bakıda keçirilib

292

Mayın 21-də Bakıda Neftqaztikinti İşçilərinin Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyası (NİBHİK) Şurasının iclası keçirilib.

Tədbir Azərbaycan, Rusiya, Belarus, Qazaxıstan və Özbəkistandan olan Şura üzvləri qatılıb.
Şurada neft-qaz istehsal edən ölkələrdə sosial-iqtisadi vəziyyət geniş müzakirə olunub, həmçinin NİBHİK-nın ötən dövr ərzində gördüyü işlərin hesabatı dinlənilib, cari ildə görüləcək işlər müəyyənləşdirilib.

Qeyd edək ki, NİBHİK 18 mart 1992-ci ildə yaradılıb. Konfederasiyanın əsas vəzifələri MDB ölkələrində sənaye həmkarlar ittifaqlarının yeni siyasi və iqtisadi şəraitdə inkişafı məsələlərinin həll edilməsi, fəaliyyətin müxtəlif sahələrində qabaqcıl təcrübənin mübadiləsi, həmkarlar ittifaqları üçün metodiki materialların işlənib hazırlanması, NİBHİK-ya üzv təşkilatlar arasında daimi qarşılıqlı əlaqənin qurulması, qlobal həmkarlar ittifaqı və ictimai siyasi platformalarda onların konsolidasiya edilmiş mövqelərinin işlənib hazırlanması və təqdim edilməsidir.

NİBHİK-də Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan, Qazaxıstan, Moldova, Rusiya, Özbəkistan və Ukraynadan 1,5 milyondan çox işçinin maraqlarını təmsil edən sahə həmkarlar ittifaqları birləşir.

Konfederasiyanın bütün üzv təşkilatları dünyanın bir çox ölkələrinin sahə həmkarlar ittifaqları ilə qarşılıqlı əlaqə yaradır.

Azərbaycan Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cahangir Əliyev NİBHİK-nın vitse-prezidentidir.