Naxçıvanda respublika müsabiqəsinin qalibləri mükafatlandılıb

269

Mayın 14-də Naxçıvanda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2023-cü ilin ən yaxşı müəssisəsi” devizi ilə keçirilən respublika müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə Şuranın sədri Qəzənfər Abdullayev çıxış edərək bildirib ki, AHİK “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2023-cü ilin ən yaxşı müəssisəsi” devizi ilə keçirilən respublika müsabiqəsinin qaliblərini mükafatlandırıb. Vurğulanıb ki, Naxçıvan Həmkarlar İttifaqları Şurasını təmsil edən “LG Konserv” və “LG PET PREFORM” MMC də qaliblər sırasında yer alıb. Şura sədri müsabiqənin qaliblərini qazandıqları bu yüksək nailiyyətə görə təbrik edib, gələcək əmək fəaliyyətlərində uğurlar arzulayıb.

Sonra Sahibkarlıq İşçiləri Həmkarlar İttifaqı Naxçıvan Muxtar Respublika Komitəsinin sədri Teymur Rzayev çıxış edərək işçilərin normal iş şəraitinin yaradılması, təhlükəsizlik qaydalarına əməl edilməsinə ciddi nəzarət edildiyini və bu istiqamətdə davamlı tədbirlərin həyata keçiriləcəyini bildirib və tədbirin təşkilatçılarına təşəkkürünü ifadə edib.
Sonra qaliblərin mükafatlandırma mərasimi keçirilib. Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev qaliblərə müsabiqənin Fəxri diplomunu və pul mükafatını təqdim edib.

“LG Konserv” və “LG PET PREFORM” Məhdud Məsuliyyətli Cəmiyyətlərinin direktorları çıxış edərək göstərilən diqqətə və onların fəaliyyətinə verilən yüksək qiymətə görə təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, bu müsabiqədə iştirak etmək üçün AHİK-in müsabiqə komissiyasına 2560-dan artıq müəssisə, təşkilat, sex və sahədən 291-nin sənədi daxil olub. Onlardan 67-si AHİK-in İcraiyyə Komitəsinin qərarı ilə qalib elan olunub.