Aqrar sahədə hesabat-seçki yığıncaqları keçirilib

358

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin xidmətinə daxil olan Salyan, Neftçala, Sabirabad və Saatlı Dövlət Aqrar İnkişaf mərkəzlərinin ilk həmkarlar ittifaqı komitələrində hesabat-seçki yığıncaqları keçirilib.

Yığıncaqlarda həmkarlar ittifaqı komitələrinin və təftiş komissiyalarının hesabatları dinlənilib. Ümumilikdə ilk təşkilatların hesabat dövründəki fəaliyyəti qənaətbəxş hesab edilib.

Gündəliyə uyğun olaraq ilk həmkarlar ittifaqı komitələrinin sədr seçkisi ilə bağlı yığıncaq iştirakçılarının təklifləri səslənib. Təkliflər iclas sədrləri tərəfindən səsə qoyulub və yeni həmkarlar ittifaqı komitəsinin sədrləri seçilib, rəyasət heyəti və təftiş komissiyalarının tərkibi təsdiq edilib.

Tədbirlərdə çıxış edən Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin şöbə müdiri Anar Tağıyev üzvlərin əmək və sosial hüquqlarının müdafiəsi, onların müalicə və sağlamlıq imkanları ilə təmin olunması, maddi yardım və mükafatların verilməsi, eləcədə mədəni kütləvi tədbirlərin keçirilməsində həmkarlar ittifaqlarının vəzifələrini yeni seçilən sədrlərinin diqqətinə çatdırıb. Yığıncaqlarda Aqrar Xidmətlər Agentliyinin ilk həmkarlar ittifaqı komitəsinin şöbə müdiri Şəhriyar Alxasov da iştirak edib və ona ünvanlanan sualları cavablandırıb.