Ulu Öndərin xatirəsinə həsr olunan bilik yarışı keçirilib

324

Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyi Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunan aqrar sahə işçiləri arasında “Nə?, harada?, nə zaman?” intelektual bilik yarışması keçirib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad olunub.

Yarış Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarında çalışan, eləcədə özəl müəssisələrdə çalışan işçilərdən ibarət 14 komanda iştirak edib. Hər komanda da 6 nəfərin yer aldığı bilik yarışması maraqlı və gərgin mübarizə şəraitində keçib.

Nəticədə Aqrar Tədarük və Təchizat ASC-nin komandası 1-ci yeri, Aqrar Kredit və İnkişaf Agentliyi 2-ci yeri, Grand Agro şirkəti isə 3-cü yeri tutub.

Qaliblərin mükafatlandırılması mərasimində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini Cavanşir Alxasov çıxış edərək Ulu Öndərin əziz xatirəsini yad edib, onun müstəqil Azərbaycan dövlətinin qurulması, müstəqilliyinin qorunub saxlanılması istiqamətində fəaliyyətindən danışıb.

Sonda qaliblər kubok, medal, diplom və müxtəlif hədiyyələrlə mükafatlandırılıb.