DİN-in həmkarlar ittifaqında hesabat-seçki yığıncağı keçirilib

426

(DİN) Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin (BHİK) 2018-2024-cü illərdəki fəaliyyətinə dair hesabat-seçki konfransı yığıncağı keçirilib.
Tədbirdə Dövlət İdarələri İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Hikmət Osmanov, Aparat rəhbəri Şaiq Əhmədov, DİN Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin sədri Fəxrəddin Pənahov, sədr müavini Aygün Məmmədova və konfransa seçilmiş nümayəndələr iştirak ediblər.
Öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səslənib.

Konfransda Komitənin sədri Fəxrəddin Pənahov hesabatla çıxış edib. Eləcə də Təftiş komissiyasının hesabatı dinlənilib və hər iki hesabat qənaətbəxş olaraq qiymətləndirilib.
Eyni zamanda açıq səsvermə yolu ilə Komitə, Təftiş komissiyası və Plenum üzvləri seçilib. Fəxrəddin Pənahov isə yenidən DİN BHİK-nın sədri vəzifəsinə təsdiqlənib.
Sonda Respublika Komitəsinin sədri Hikmət Osmanov çıxış edərək görülmüş işlər, qarşıda həyata keçiriləcək tədbirlər barədə konfrans iştirakçılarına məlumat verib, üzvlərin suallarını cavablandırıb.