Azərbaycan Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi Pirallahı rayon komitəsində hesabat-seçki yığıncağı keçirilib. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev, Respublika Komitəsinin Təşkilat işi və hüquq şöbəsinin baş məsləhətçisi Rəhilə Babayeva və ittifaq üzvləri iştirak ediblər.
Əvvəlcə, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səslənib.
Sonra rayon komitəsinin və Təftiş komissiyasının hesabatı dinlənilib, görülmüş işlər üzvlər tərəfindən qənaətbəxş hesab olunub.
Həmçinin yığıncaqda digər təşkilati məsələlər də öz həllinin tapıb.