Mayın 1-də Salyan rayon Komitəsinin XIX Hesabat-Seçki Konfransı keçirilib.
Konfransın işində MİHİ Respublika komitəsinin maliyyə şöbəsinin müdiri T.Yusifov ,Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rəis müavini E.Mustafayev, YAP Salyan rayon partiya təşkilatının məsləhətçisi V.Ağayev, Şirvan-Salyan Regional Mədəniyyət İdarəsinin rayon üzrə nümayəndəsi Ş.Əhmədov, Salyan rayon İcra Hakimiyyətinin numayəndəsi M.Məmmədov, Rayonun müəssisə rəhbərləri, komitə üzvləri və digərləri iştirak edib.
Konfransda 15 nəfərdən ibarət MİHİ Salyan rayon Komitəsinin üzvləri, 7 nəfərdən ibarət Rəyasət Heyətinin üzvləri və 3 nəfərdən ibarət Təftiş komissiyasının tərkibi seçilərək təsdiq edilib. Daha sonra MİHİ Salyan rayon Komitəsinin sədri vəzifəsinə səs çoxluğu ilə yenidən Əbilova Vəfa Ədalət qızı seçilib.