Elmi mərkəzdə hesabat-seçki keçirilib

251

May ayının 1-də “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin Həmkarlar ittifaqında hesabat-seçki yığıncağı keçirilib. İclasda AMEA Azad Həmkarları İttifaqının sədr müavini Şəhla Əmirova və institutut əməkdaşıları iştirak ediblər.

İclasa sədrlik edən Xumarxanım Yüzbaşova iclasın gündəliyini elan etdikdən sonra Həmkarlar ittifaqının sədri Böyükağa İbrahimov 7 illik fəaliyyətinin hesabatını verib və hesabat ittifaq üzvləri tərəfindən qənaətbəxş hesab edilib. Sonra Təftiş komissiyasının sədri Pakizə Adıgözəlovanın 2017-2024-cü illər üzrə maliyyə fəaliyyəti haqqında hesabatı dinlənilib.

Sonra seçkilər keçirilib, komitənin yeni tərkibi formalaşıb. Böyükağa İbrahimov isə yenidən ittifaqın sədri olub.

Çıxış edənlərdən Əlyarlı İltifat komitəyə gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb.

İclasda iştirak edən AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova akademiyanın Həmkarlar İttifaqı sistemində aparılan islahatlar, qarşıda duran vəzifələr və görüləcək işlər haqqında danışıb, verilən sualları cavablandırıb.
Həmçinin yığıncaqda AMEA AHİ-nin qurultayına Akademik Tofiq Murtuza oğlu Nağıyev və Hİ-nin sədri Böyükağa İbrahimov nümayəndə seçilib.