BİHİ RK-nın Məclisi keçirilib

438

Bələdiyyə İşçilərinin Həmkarlar İttifaqı Respublika Komitəsinin (BİHİ RK) Məclisi keçirilib.

Öncə müasir müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə gündəliyə salınmış təşkilati məsələyə baxılıb.

Belə ki, BİHİ RK-nın sədri Məhərrəm Xəlilov öz ərizəsi əsasında vəzifəsindən ayrılması ilə əlaqədar yeni seçkilər keçirilib.

Məclis üzvlərinin açıq səsverməsi ilə Qorxmaz Həsənov yekdilliklə BİHİ RK-nın sədri seçilib.

Tədbirdə iştirak edən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Məclisin qərarını alqışlayıb və yeni seçilən sədrə gələcək fəaliyyətində uğurlar arzulayıb.

AHİK sədri həmçinin ittifaq üzvlərinin əmək hüquqlarının müdafiəsi, onlar üçün layiqli iş şəraitinin yaradılması, sağlamlıqlarının qorunması və istirahətlərinin mənalı təşkili, həmçinin həmkarlar ittifaqlarının qarşısında duran prioritet məsələlərlə bağlı bir sıra tapşırıq və tövsiyələrini verib.