Aqrar sahədə hesabat-seçki yığıncaqları davam edir

392

Ağcabədi, Laçın, Beyləqan, Xocavənd, Füzuli, İmişli və Biləsuvar Dövlət Aqrar İnkişaf mərkəzlərində hesabat-seçki yığıncaqları keçirilib.

Yığıncaqlarda şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Gündəlik və iş qaydası təsdiqləndikdən sonra ilk həmkarlar ittifaqının sədrlərinin və təftiş komissiyalarının hesabatları dinlənilib. Ardınca hesabat ətrafında müzakirələr aparılıb və komitələrin fəaliyyəti qənaətbəxş qiymətləndirilib.

Yığıncaqlarda həmçinin açıq səsvermə yolu ilə seçkilər keçirilib, komitələrin və təftiş komissiyalarının tərkibi formalaşıb, sədrlər seçilib.

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin Təşkilat şöbəsinin müdiri Anar Tağıyev keçirilən bütün yığıncaqlarda iştirak və çıxış edib.

O, yığıncaq iştirakçılarına Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin salamlarını çatdırıb, ilk həmkarlar ittifaqlarının yeni tərkiblərinə gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Eləcə də həmkarlar ittifaqlarının qarşısında duran vəzifələrdən, prioritet məsələlərdən danışıb, bəzi tövsiyələrini səsləndirib.