Əlyazmalar İnstitutunda hesabat-seçki keçirilib

279

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun həmkarlar ittifaqında hesabat-seçki yığıncağı keçirilib.

Tədbirdə Əlyazmalar İnstitutunun əməkdaşıları, elmi işlər üzrə direktor müavini Əzizağa Nəcəfov, AMEA Azad Həmkarları İttifaqının sədr müavini Şəhla Əmirova iştirak ediblər.

İclasa sədrlik edən direktor müavini Əzizağa Nəcəfov iclasın gündəliyini elan etdikdən sonra ilk həmkarlar ittifaqının sədri Samirə Əliyevanın ittifaqının fəaliyyəti ilə bağlı hesabatı dinlənilib və o, qənaətbəxş hesab olunub.

Sonra açıq səsvermə yolu ilə seçkilər keçirilib, komitənin yeni tərkibi formalaşıb, Samirə Əliyeva isə institut kollektivi tərəfindən yekdilliklə sədr seçilib. AMEA Azad Həmkarlar İttifaqının sədr müavini Şəhla Əmirova Akademiyanın Həmkarlar İttifaqı sistemində aparılan islahatlar, qarşıda duran vəzifələr və görüləcək işlər haqqında danışıb, verilən sualları cavablandırıb.

Direktor müavini Əzizağa Nəcəfov isə komitənin fəaliyyətini yüksək qiymətləndirib, gələcək işində uğurlar arzulayıb.