AHİK sədri Səttar Möhbalıyevin Novruz bayramı təbriki

512

Müzəffər Azərbaycan xalqını, o cümlədən həmkarlar ittifaqlarının hər bir üzvünü, Vətəndən uzaqlarda yaşayan bütün soydaşlarımızı Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoş və firavan həyat, ölkəmizə sülh və əmin-amanlıq arzulayıram.

Novruz xalqımızın əsrlərdir qoruyub saxladığı, çətin sınaqlar qarşısında belə dəyərini itirmədiyi bir bayramdır və dostluq, mehribanlıq, bolluq, xeyirxahlıq, mərhəmət və həmrəylik rəmzi olaraq ildən-ilə sevilir. Bayram öz gəlişi ilə yurdumuza xeyir-bərəkət, elimizə yeni gün, ömrümüzə təravət, təbiətə isə təzə nəfəs gətirir.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini və Azərbaycan xalqının arzularını reallaşdıraraq Şərqi Zəngəzuru  və Qarabağı işğaldan azad etdi. Artıq Novruz tonqalı Zəngilanda, Füzulidə, Laçında, Şuşada, Xocalıda alovlanır və bu mənzərə hər birimizi qürurlandırır.

Gəlişi ilə sevinc və şadlıq gətirən bahar bayramı qoy hər zaman dövlətimizə və xalqımıza yeni nailiyyətlər qazandırsın.

Dəyərli həmvətənlər, Novruz bayramınız mübarək olsun”.