Aqrar sahə üzrə ilk həmkarlar ittifaqlarında hesabat-seçki yığıncaqları keçirilib

535

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinə aid Qobustan, Şamaxı, Ağsu, Göyçay, Kürdəmir və Hacıqabul Dövlət Aqrar İnkişaf mərkəzlərində hesabat-seçki yığıncaqları keçirilib.
Yığıncaqlarda ötən dövr ərzində görülmüş işlər, həyata keçirilmiş layihələr, o cümlədən əmək hüquqlarının müdafiəsi, layiqli iş şəraitinin yaradılması, işçilərin sağlamlıqlarının qorunması və istirahətlərinin təşkili istiqamətində görülmüş işlər barədə ilk həmkarlar ittifaqı sədrlərinin hesabatları dinlənilib. Hesabatlar ətrafında müzakirələr aparılıb, ittifaq üzvləri münasibətlərini bildirib, rəy və təkliflərini səsləndiriblər. Hesabatlar qənaətbəxş hesab olunub.

Yığıncaqlarda həmçinin seçkilər keçirilib. Açıq səsvermə yolu ilə baş tutan seçkilər demokratik ab-havada keçib. İlk həmkarlar ittifaqlarına sədrlər seçilib, yeni tərkib formalaşıb. Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin nümayəndələri qeyd olunan yığıncaqlarda iştirak edərək yeni sədrləri təbrik edib, bir sıra tapşırıq və tövsiyələrini veriblər.