Əkinçilik Elmi Tədqiqat İnstitutunda hesabat-seçki görüşü keçirilib

352

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik ElmiTədqiqat İnstitutunun (ƏETİ) ilk həmkarlar ittifaqında hesabat-seçki yığıncağı keçirilib.

İnstitutun elmi kollektivi qarşısında çıxış edən ittifaqın sədri Sevil Əliyeva ötən dövr ərzində görülmüş işlər, həyata keçirilmiş layihələr barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.

Sonra İnstitutunun direktoru Faiq Xudayev elmi müəssisənin qarşısında duran məqsəd və vəzifələrdən, öhdəliklərin yerinə yetirilməsində kollektivin məsuliyyətindən və birgə elmi-praktiki fəaliyyətindən danışıb.

Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov İnstitutun həmkarlar ittifaqının fəaliyyətinə müsbət münasibət bildirirək qurumun daha fəal çalışmasını, səmərəli fəaliyyət göstərməsini tövsiyə edib.

Yığıncaqda Rəyasət heyətinin yeni tərkibi formalaşıb. Həmçinin açıq səsvermə yolu ilə İnstitutun müəllimi Lianna Əmrahova ilk həmkarlar ittifaqının sədri seçilib.

Eləcə də həmin gün Əkinçilik Elmi Tədqiqat İnstitutunun yeni yaradılmış Yardımçı Təsərrüfatlar Birliyində həmkarlar ittifaqı yaradılıb, Nərmin Cəfərzadə sədr seçilib.