Martın 14-də – Novruz bayramı ərəfəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən digər bölgələrlə yanaşı, Naxçıvan şəhərində və muxtar respublikanın rayonlarında yaşayan aztəminatlı, o cümlədən şəhid, qazi və digər həssas qruplardan olan 1200 ailə üçün ərzaq bağlamalarından ibarət yardım təşkil olunub.
Yola salınma mərasimdə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev iştirak ediblər.
Müxtəlif zəruri ərzaq məhsullarından ibarət sovqatlar 6 avtomobillə təyinatı üzrə ünvanlara yola salınıb.