Elmi Tədqiqat İnstitutunda hesabat-seçki yığıncağı baş tutub

387

Martın 5-də Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi Tədqiqat İnstitutunun həmkarlar ittifaqında hesabat-seçki yığıncağı keçirilib.

İnstitutun direktoru Vüqar Səlimov çıxış edərək rəhbərlik etdiyi elmi müəssisənin ötən il gördüyü işlərdən, əldə etdiyi nailiyyətlərdən danışıb. Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı Birliyinin sədri Fuad Məmmədov isə yeni yaradılan Birliyin fəaliyyətindən söz açıb, əmək hüquqlarının qorunması, layiqli iş şəraitinin yaradılması istiqamətində atılan addımlardan danışıb və qarşıda duran vəzifələri açıqlayıb.

Sonra seçkilər keçirilib, həmkarlar ittifaqının Rəyasət heyəti və Təftiş komissiyasının  yeni tərkibi formalaşıb. Elmi işçi Elşən Cəfərquliyev isə İnstitutun həmkarlar ittifaqının sədri seçilib.

Yığıncaqda həmçinin yubiley yaşı tamam olmuş işçilər mükafatlandırılıb.