Dəmiryolçuların hesabat-seçki konfransı keçirilib

697

Azərbaycan Dəmiryolçularının Müstəqil Həmkarlar İttifaqının (ADMHİ) XXIV hesabat-seçki konfransı keçirilib.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda savaşlarda qəhrəmancasına həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Konfransda ADY QSC-nin sədr müavini Əlirza Süleymanov, sədrin müşaviri Aysel Soltanova, AHİK sədrinin müavini Cavanşir Alxasov və müvafiq departament, idarə və şöbələrin rəhbərləri iştirak ediblər. Həmçinin konfransda Beynəlxalq Dəmiryolçular və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Konfederasiyasının (BDDYİHİK) Baş katibi Gennadi Kosolapov da iştirak edib.

Konfransda hesabat-seçki konfransının Mandat komissiyasının üzvləri seçilib, reqlament müəyyən olunub və gündəlik təsdiqlənib.

Gündəliyə ADMHİ tərəfindən 2023-cü ilin mart ayından 2024-cü ilin mart ayına qədər görülən işlərin və Təftiş-nəzarət komissiyasının hesabatı, Plenum üzvlərinin təsdiqi, sədrin və müavinlərin seçilməsi, Təftiş-nəzarət komissiyasının seçilməsi daxil edilib.

Öncə ötən müddət ərzində İttifaqın gördüyü işlər, həyata keçirdiyi layihələr barədə konfrans iştirakçılarına ətraflı məlumat verilib. Gündəliyə çıxarılan digər məsələlər ətrafında müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib, müvafiq qərarlar qəbul edilib.

Həmçinin açıq səsvermə yolu ilə Vaqif Bədəlov yenidən ADMHİ-nin sədri, Fətəli Bəyimov isə sədrin müavini seçilib.

Sonda DMHİ-nin katibi Araz Əsədli Konfransın qərar layihəsini oxuyub və layihə səs çoxluğu ilə təsdiqlənib.