Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında

466

AZƏRBAYCAN RESPUBLİKASININ
N A Z İ R L Ə R K A B İ N E T İ
AZƏRBAYCAN HƏMKARLAR İTTİFAQLARI
KONFEDERASİYASI
AZƏRBAYCAN RESPUBLİKASI SAHİBKARLAR
(İŞƏGÖTÜRƏNLƏR) TƏŞKİLATLARININ MİLLİ
KONFEDERASİYASI
Q Ə R A R

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası
Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası
arasında 2023-2025-ci illər üçün Baş Kollektiv Sazişin
bağlanılması haqqında

  • Azərbaycan Respublikasının  Nazirlər Kabineti, Azərbaycan Həmkarlar
    İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar
    (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası qərara alırlar:
    Azərbaycan Respublikası Əmək Məcəlləsinin 36-cı maddəsinə
    uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan
    Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası
    Sahibkarlar (İşəgötürənlər) Təşkilatlarının Milli Konfederasiyası arasında
    2023-2025-ci illər üçün Baş Kollektiv Saziş bağlanılsın (əlavə olunur).