Əkinçilik Elmi Tədqiqat İnstitutunda əmək kollektivi ilə görüş keçirilib

370

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı cari ilin yekunları ilə bağlı müəssisələrdə əmək kollektivləri ilə görüşlərini davam etdirir. Növbəti tədbir Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi Tədqiqat İnstitutunda baş tutub.
İnstitutun elmi kollektivinin qarşısında çıxış edən Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqının sədri Fuad Məmmədov il ərzində həmkarlar ittifaqının fəaliyyətindən, görülmüş işlərdən, əldə olunan nailiyyətlər danışıb, Qeyd edib ki, 2023-cü ilin sentyabr ayında sahə həmkarlar ittifaqının təsis olunması aqrar sahədə həmkarlar ittifaqının daha səmərəli fəaliyyətinə zəmin yaradıb, bu sahədə işçiləri təmsil etmə hüququ verib. Sədr bildirib ki, növbəti ildə sahə həmkarlar ittifaqı Kənd Təsərrüfatı Nazirliyi ilə sahə-tarif sazişi imzalayacaq, işçilərin hüquq və mənafelərinin müdafiəsi məsələləri tam olaraq bu sənəddə yer alacaq.

Əkinçilik ETİ-nin direktoru Faiq Xudayev institutun məqsəd və vəzifələri haqqında bu il əldə olunan nailiyyətlər haqqında geniş məlumat verərək vurğulayıb ki, əsas məqsəd taxıl, paxlalı bitkilərin, eləcə də yem bitkilərinin kompleks becərmə texnologiyalarının elmi və praktiki əsaslarının işlənib hazırlanması və tətbiq olunmasıdır.
Sonra işçilər cıxış edərək elmi nailiyyətlərdən, əmək münasibətlərindən söz açıblar. Onlar müəssisədə həmkarlar təşkilatının fəaliyyətindən razı olduqlarını ifadə ediblər.
Sonda sahə həmkarlar təşkilatının sədri və institutun direktoru tərəfindən nailiyyət qazanmış elmi işçilər və yubiley yaşı tamam olan əməkdaşlar fəxri fərmanla təltif ediliblər.