İnternat məktəbində bayram şənliyi keçirilib

464

Təbii Sərvətlər və Ekologiya işçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin
təşkilatçılığı ilə valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün 1 №-li tam orta internat məktəbində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilib.

Tədbirlərdə uşaqlar üçün əyləncə proqramı təşkil edilib, şagirdlər musiqili proqrama baxıblar və yaddaqalan vaxt keçiriblər. Uşaqlar Şaxta baba və Qar qızla birgə rəqs edib, mahnılar səsləndiriblər. Tədbir iştirakçıları məktəbliləri bayram münasibətilə təbrik edərək onlara
müvəffəqiyyətlər arzulayıblar.

Sonda internat məktəbinin şagirdlərinə bayram hədiyyələri təqdim olunub.