Naxçıvanda vətəndaşın pozulmuş əmək hüququ bərpa edilib

497

Oktyabrın 23-də əmək hüququ pozulmuş Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidməti Naxçıvan şəhər Elektrik Şəbəkəsinin ustası Qasımov Rafiq Baxşəli oğlu noyabrın 24-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasına müraciət edib.

Onun müraciəti əsasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayevin tapşırığı ilə şuranın əməkdaşları dərhal məsələ ilə bağlı araşdırma aparıb. Və əmək hüququ pozulmuş Qasımov Rafiq Baxşəli oğlunun əmək hüququ noyabrın 30-dan etibarən bərpa edilib.
Belə ki, Qasımov Rafiq Baxşəli oğlu yenidən işə qaytarılıb və bu müddət ərzində ona düşən orta aylıq əmək haqqının ödənilməsi təmin edilib.