Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası İcraiyyə Komitəsinin bəyanatı

1328

Aprelin 25-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının İcraiyyə Komitəsi ABŞ prezidenti Cozef Baydenin aprelin 24-də səsləndirdiyi ifadələrlə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir:
ABŞ prezidenti Cozef Baydenin ifadələri 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunmasıdır. Həm də qeyri-real olan “erməni soyqrımı” ifadəsinin ABŞ kimi nüfuzlu bir dövlətin başçısının dilindən eşitmək məyusedicidir.
“Soyqırımı”na məruz qalmış bir xalq kimi özünü təqdim edən, bütün dövlətləri də bu yalanlara inandırmağa çalışan Ermənistanın mövcud olduğu qısa bir tarix ərzində azərbaycanlılara qarışı dəfələrlə qətilamlar, soyqırımılar, təxribatlar etdiyinin şahidi olmuşuq. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın faktlarla sübut edilmişdir. Rəsmi mənbələrə əsasən soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilmiş, on minlərlə insan itkin düşmüşdür. Quba rayonundakı məzarlıqda tapılan sümüklərin ermənilərin 1918-ci ildə törətdiyi soyqırımı qurbanlarına aid olduğu təsdiqlənmişdir.
Azərbaycanın Ümumilli lideri Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Sərəncamı ilə 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur.
Təkcə çox da uzaq olmayan tarixdə – 29 il əvvəl Ermənilərin Xocalı şəhərində həyata keçirdiyi soyqırımı zamanı 613 azərbaycanlı qətlə yetirilib. Bu hadisə dünyanın gözü qarşısında, kameralar önündə baş verib və bunu sübut edən yüzlərlə video və fotolar movcuddur. Amma dünya dövlətləri bu qədər faktlar qarşısında Xocalı soyqırımını qiymətləndirməkdə çətinlik çəkir.
“Erməni soyqırımı”nı bütün dünyaya qəbul etdirməyə çalışan ermənilərin yalançı və uydurma arqumentləri heç bir tarixi fakta söykənmir. Bir məqama diqqət yetirək: ermənilər iddiasına görə, Birinci Dünya müharibəsi zamanı Osmanlı dövləti tərəfindən Türkiyənin Şərqi Anadolu bölgəsində 1,5 milyon erməni qətilə yetirilmişdir, amma məlumdur ki, həmin vaxt, ümumiyyətlə, dünyada heç bu qədər erməni yaşamayıb.
Türkiyə dövləti 1915-ci il hadisələrini araşdırmağın tarixçilərin işi olduğunu, bunun üçün tarixçilərdən ibarət birgə komissiya yaratmağa və arxivləri açmağa hazır olduğunu dəfələrlə bildirsə də, erməni tərəfi yalançı soyqırımı ilə bağlı fantaziyalarının iflasa uğramasından qorxaraq bu təklifdən imtina etmişdir.
Azərbaycan Həmkarlar İttifaqları olaraq hər zaman qardaş Türkiyənin yanında olduğumuzu bildirir, ermənipərəst ideyalar sərgiləyən ABŞ Prezidentinin qondarma “erməni soyqırımı” məsələsinə dair mövqeyini qətiyyətlə pisləyirik. Bugünkü dövlətlərin və beynəlxalq təşkilatların, həmçinin beynəlxalq hüququn mövcud olmadığı bir dövrdə baş verməsi iddia edilən qeyri-real hadisələrin araşdırılmadan, faktlara əsaslanmadan “erməni soyqırımı” kimi Cozef Bayden tərəfindən təqdim edilməsini qınayır və qubuledilməz hesab edirik.
Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqı Şurası
Aviasiya İşçiləri Həmkarlar İttifaqı
Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı
Bələdiyyə İşçiləri Həmkarlar İttifaqı
«Baku Stil Kompani» MMC İşçiləri Həmkarlar İttifaqı Birliyi
Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı
Dəmiryolçuların Müsəqil Həmkarlar İttifaqı
Dəniz Nəqliyyatı İşçiləri Həmkarlar İttifaqı
Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri Həmkarlar İttifaqı
«Xidmət-İş» Həmkarlar İttifaqları Federasiyası
«Kənd-Qida-İş» Həmkarlar İttifaqı Federasiyası
«Metal-iş» Həmkarlar İttifaqı Federasiyası
Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqı
Fövqəladə Hallar Nazirliyi İşçiləri Həmkarlar İttifaqı
Gömrük İşçiləri Həmkarlar İttifaqı Birliyi
“İnşaat-İş” Həmkarlar İttifaqı
Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqı
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı
Metropoliten İşçiləri Həmkarlar İttifaqı
Neft və Qaz Sənayesi İşçiləri Həmkarlar İttifaqı
Nəqliyyat, Rabitə və Yüksək Texnologiya İşçiləri Həmkarlar İttifaqı
Sahibkarlıq, Özəl Elm və Yüngül Sənaye İşçiləri Həmkarlar İttifaqı
Səhiyyə İşçiləri Həmkarlar İttifaqı
Su Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı
Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı
Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı
Yerli Sənaye və Kommunal-Məişət Müəssisələri İşçiləri Həmkarlar İttifaqı