Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı şəhid ailələri ilə görüş keçirib

504

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı 8 Noyabr – Zəfər Günü münasibətilə tədbirlərini davam etdirir.
Belə ki, İttifaqın sədri Fuad Məmmədov Şəki şəhərində şəhid ailələri ilə görüşüb. Görüşdə Zəfər bayramı münasibətilə onları təbrik edən F.Məmmədov Qələbənin qazanılmasında yenilməz Ordumuzun rəşadətindən, döyüş taktikasından, Prezident İlham Əliyevin sərkərdəlik məharətindən, diplomatik bacarığından, xalqımızın sarsılmaz birliyindən danışıb. Bildirib ki, bu Qələbəyə görə biz şəhidlərimizə borcluyuq, onlar Vətən yolunda şirin canlarını belə qurban veriblər. Onun sözlərinə görə, xalqımız heç zaman şəhidlərini unutmayacaq, əziz xatirəsini daim uca tutacaq.

Görüşdə Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı tərəfindən Zəfər Günü münasibətilə ziyarət olunan şəhid ailələrinə bayram sovqatları verilib.
Şəhid ailələri dövlətimiz və ictimai təşkilatlar tərəfindən onla göstərilən diqqət və qayğıdan razılıqlarını ifadə edib və buna görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və xalqımızın hər bir nümayəndəsinə təşəkkür ediblər.