Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqı kənd təsərrüfatı işçilərinin peşə bayramı münasibətilə tədbirlərini davam etdirir

585

Aqrar Sahə İşçiləri Həmkarlar İttifaqının sədri Fuad Məmmədov Aqrar Kredit İnkişaf Agentliyi və Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunda görüş keçirib. Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə keçirilən tədbirdə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyevin təbriki kollektivə çatdırılıb. Ardınca əmək münasibətlərindən, əmək hüquqlarının tənzimlənməsindən, layiqli iş şəraitindən, həmçinin müəssisələrdə işçilərə göstərilən diqqət və qayğıdan danışılıb.

Sonda həmkarlar İttifaqı ilə müəssisə rəhbərliyinin birgə təşkil etdiyi müsabiqələrdə fərqlənmiş əməkdaşlara fəxri diplomlar və hədiyyələr təqdim olunub.